İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcək Azərbaycan Partiyası onlayn qurultay keçirib FOTO

1555 01.09.2020 13:01 Siyasət A A

Avqustun 31-də Gələcək Azərbaycan Partiyası (GAP) yeni dövrün tələblərinə uyğun olaraq öz qurultayını keçirib.

Partiyadan Musavat.com-a bildirib ki, 2013-ci ildən təsis edilən Gələcək Azərbaycan Partiyası bu günədək dövlət qeydiyyatına alınmadan öz fəaliyyətini davam etdirir:

“Azərbaycan Respublikasının siyasi həyatında yeni dönəmin başlaması ilə əlaqədar, partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər və digər məsələlərlə yanaşı, partiyanın Ali Məclisi, Siyasi Şurasının tərkibinin dəyişilməsi ilə bağlı zərurətlər meydana çıxmışdı.

Beləliklə respublikada pandemiya ilə bağlı karantin rejiminin qüvvədə olması ilə əlaqədar Gələcək Azərbaycan Partiyasının “online” qurultayını təşkil etdik. Bu dəfəki, qurultayımızı digərlərindən fərqləndirən cəhət bu qurultayın “online” keçirilməsi oldu.

Qurultaya üzv seçilmiş 76 nəfərdən ümumilikdə 68 nəfəri qurultayın “online” toplantısına qatıla bildi. Digər qurultay üzvləri isə internet problemləri səbəbindən “online” qurultayımıza qatıla bilmədi. Qurultayda cari məsələlərə baxılıb, partiyanın seçkili orqanlarına və müvafiq strukturlarına seçkilər keçirilib, partiyanın ali məclisi və digər seçkili orqanları tam formalaşdırıldı.

Qurultay nümayəndələrinin təklifi ilə partiya təsis edildiyi ilk gündən ona rəhbərlik edən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun namizədliyi yenidən irəli sürüldü və o, yenidən Gələcək Azərbaycan Partiyasının sədri vəzifəsinə seçildi”.

Partiyadan bildirilib ki, beləliklə qurultay öz işini başa çatdırıb və qurultay sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi ərizə ilə müraciət edilməsi qərara alınıb:

"Müvafiq sənədlər yaxın günlərdə tam hazırlandıqdan sonra instansiya üzrə Ədliyyə Nazirliyinə təqdim ediləcək”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR