İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəyin İH başçısından şikayət edənlər Prezident Administasiyasına gəldilər - FOTOLAR, VİDEO

2067 15.02.2016 16:33 Son xəbər A A
Bir qrup gədəbəyli sahibkar Gədəbəy rayon icra hakimiyyətiin başçısı Ramiz Yedigarova etiraz olaraq Prezident Adminstrasiyasının qarşısında toplaşıblar. Onların dediyinə görə, icra başçısı vəzifə səlahiyyətlərini sui-istifadə edərək sahibkarlıq fəaliyyətinə mane olur.

Sahibkarlar icra başçısının rayonda xaos yaratdığını dedi: "İcra başçısı qərəzli şəkildə sahibkarların fəaliyyətinə mane olur. Artıq bir neçə dəfədir ki, burada toplaşırıq.Tapdanmış hüquqlarımızı bu formada mətbuata və Prezident Adminstrasiyasına bildiririk.
Xatırladaq ki, icra başçısı bir yanacaqdoldurma məntəqəsi, 44 sahibkarın obyekti heç bir məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülüb. Ən dəhşətlisi odur ki, obyektlərin içərisində əşyalarla birgə uçurulub. Sahibkarlara küllü miqdarda zərər dəyib.

Məğrur Mərd
Fotolar və video müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR