İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəyin icra başçısı işdən çıxarıldı - sahibkarları incidirdi

2533 02.06.2018 08:10 Ölkə A A

Gədəbəy rayon İcra Hakimiyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən azad edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan Ramiz Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən icra başçısının işdən çıxaırlmasını şərh etmək istəməyiblər.

Ramiz Yediyarov icra başçısı olduğu müddətdə sahibkarları incitməklə, onların mal-mülkünü yağmalamaqla məşhurlaşmışdı.
Yada salaq ki, mayın 17-də Fazil Məmmədovun qaynı və komandasının üzvü olan Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilmişdi. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalamışdı.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR