İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəydə iki qardaş bıçaq xəsarəti alıb 

523 05.02.2023 22:25 Kriminal A A

Gədəbəy rayon Novoivanoka kəndində 2 qardaş ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakinləri - 2006-cı il təvəllüdlü Taleh Yaşar oğlu Mustafayev və onun qardaşı 2007-ci il təvəllüdlü Valeh Yaşar oğlu Mustafayev yaşadıqları evdə ailədaxili münaqişə zəminində əl nahiyəsindən bıçaq xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.

Bildirilib ki, ataları - 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş halda həyat yoldaşı ilə mübahisə edən zaman bıçaqla ona xəsarət yetirmək istəyib. Bu zaman övladları mübahisəni sakitləşdirmək və atalarının əlindəki bıçağı almağa çalışan zaman əl və barmaq nahiyəsindən xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR