İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəy olaylarını bu şəxslər təşkil edib? – Milli Məclisdə konkret ADLAR ÇƏKİLDİ

2599 23.06.2023 11:49 Gündəm A A

Deputat Elman Nəsirov parlamentin bu günki iclasında Gədəbəyin Söyüdlü kəndində baş verənlərdən təəssüfləndiyini deyib.

Musavat.com xəbər verir ki o deyib ki, baş verənlərdə kənar əllərin olduğu barədə məlumatlar var: "Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və sabiq deputat Nazim Məmmədovun iştirakı barədə məlumatlar yayılıb. Azərbaycan polisi ilə bağlı çox təhqiramiz ifadələr işlədib. Buna heç cür yol vermək olmaz. Təbii ki, qanunları pozan polislər cəzalandırılacaq. Təsadüfi deyil ki, daxili işlər naziri Gədəbəyə heyət göndərib”.

Millət vəkili baş verən insidentin ilkin səbəbkarların isə xaricdə olmasına diqqət çəkib:

“İstintaqda digər adlar da çəkilir. Bütün bunlar göstərir hadisələr məqsədli şəkildə törədilib. Sakinləri təxribata cəlb ediblər. Bəziləri hadisənin mahiyyətini anlamadan buna qoşulub. Azərbaycan polisi öz vəzifəsini icra edib. Onların içərisində qaydanı kobud şəkiildə pozan şəxs cəzasını alacaq. Dövlət əlindən gələn bütün imkanlardan istifadə edr ki, insidentin yaranma səbəbi ortaya çıxsın. Hadisələrin yaranmasının birbaşa səbəbkarı isə xaricdəki şəxslərdir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR