İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə yarısından sonra fəaliyyət göstərən kafe cərimələnib

326 02.11.2021 18:25 Ölkə A A

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən “Alça bağı” kafesinin karantin qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyekti icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR