İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 Rusiya aktivlərindən əl çəkmir: İyunadək yeni təkliflər hazırlanır

581 02.04.2024 23:10 Dünya A A

Böyük Yeddilik (G7) üzvləri iyunda keçirilməsi planlaşdırılan sammitdən əvvəl dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi yolları ilə bağlı yeni təkliflər təqdim edəcək.

Bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Nüsrət Qani məlumat verib: "Biz dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadə oluna biləcəyi bütün hüquqi sxemləri araşdırmaq üçün müttəfiqlərlə, o cümlədən Avropa Komissiyası ilə sıx işləməyə davam edirik. G7 liderləri bunu fevralın 24-də təsdiqləyərək, müvafiq nazirlərə bu istiqamətdə işi davam etdirmək və iyun ayında keçiriləcək G7 sammitinə hesabat verəcək”.

Avropa Komissiyası bundan əvvəl bloklanmış Rusiya aktivlərinin investisiyasından əldə olunan gəlirlərin Kiyevə yardım göstərmək üçün istifadə edilməsi təklifini təsdiqləyib. İlk ayırmaların iyulun əvvəlində edilə biləcəyi gözlənilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR