Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Şimali Koreya orta səviyyədə ballistik raketi sınaqdan keçirib. Şimali Koreyanın bu sınağı G-20 sammitinə günlər qala həyata keçirib. G-20 sammitində isə müzakirə olunacaq ən önəmli mövzulardan biri də məhz Pxenyanın silah proqramlarının dayandırılması barədə olacaq.
Cənubi Koreya ordusunun və Yaponya hökumətinin verdiyi məlumata görə yeni raket Yaponyanın Ekskluziv İqtisadi Zonasına düşmədən öncə 930 km məsafə qət edib. Yaponya raketin buraxılmasına son dərəcə sərt şəkildə etiraz edib və BMT qətnamələrinin açıqca pozulduğunu qeyd edib.
Cənubi Koreya prezidenti Mun Cae raketin orta səviyyəli ballistik silah olduğuna inandıqlarını deyib. Bununla belə, raketin qitələrarası ballistik silah ola biləcəyi də ehtimal edilir.
Yaponya baş naziri G-20 sammitində beynəlxalq ictimaiyyətin Şimali Koreya məsələsində həmrəy fikirdə olacaqlar. O, jurnalistlərə məlumat verib ki, G-20 sammitində ABŞ, Cənubi Koreya və Yaponya üçtərəfli sammit keçirəcək.
Musavat.com






