İnsanlara hürriyət, millətlərə istiqlal!

NÖVBƏDƏ KİMDİR?

4728 26.08.2011 09:37 Gündəm A A
Tia.az xəbər verir ki, Qərb mənbələri postsovet məkanında ilk sırada Belarusun dayandığını düşünür. Onların qənaətinə görə, Lukaşenko ilə çoxdan bəri problemləri olan və Avropanın düz mərkəzində yerləşən Belarusun diktatordan xilas olması başlıca şərtdir. Qaynaqlar hesab edirlər ki, “bəyaz rus”ların problemləri çözülmədən keçmiş SSRİ məkanında bir çox problemlərin aradan qaldırılması üçün hazırlığın görülməsi yaxşı nəticələr verməyə bilər. Qərb qaynaqları ikinci sırada Azərbaycanın dayandığını da düşünür. Onlar bildirirlər ki, Bakıda ötən ilin sonlarından etibarən müxalifət fəallaşıb və indiyə qədər bir neçə güclü aksiya da keçirib. Hazırda isə bu aktivlik artan temp üzrə davam edir. Payız aylarından aktivliyin daha da artacağı, etiraz aksiyalarının yenidən start götürəcəyi gözlənilir. Qərb analitikləri qeyd edirlər ki, bu şəkildə davam edərsə, Azərbaycanda da “ərəb baharı”nın reallaşacağı ehtimalı var.
Üçüncü sırada isə Ermənistanın dayandığı qeyd edilir. Qərb analitikləri hesab edirlər ki, İrəvanda siyasi vəziyyət Belarus və Azərbaycandan bir qədər fərqlidir. Onların rəyinə görə, Ermənistan hakimiyyəti müxalifətlə dialoqa getmək istəyini nümayiş etdirib. Zərurət yarandığı təqdirdə bu addımı atacaq. Eyni zamanda bu ölkənin Rusiyanın təsir dairəsində olması da buradakı inqilabı gecikdirən amillərdəndir. Amma buna baxmayaraq, iqtisadi cəhətdən bərbad vəziyyətdə olan düşmən ölkədə sosial partlayışın qaçılmaz olduğu proqnozlaşdırılır.
Azərbaycan hakimiyyətində isə yaz aylarında müşahidə edilən inqilab əndişəsi yenidən başlayıb. Liviyada baş verən inqilab hakimiyyətdə narahatlıqlara rəvac verib. Hakimiyyətdəki etibarlı mənbələrdən daxil olan məlumatda deyilir ki, rəsmi Bakı təhlükənin getdikcə yaxınlaşdığından, mümkün olayların ölkədə baş verə biləcəyindən əndişələnib. Mənbənin sözlərinə görə, müxalifət düşərgəsinin Liviya olaylarından təbliğat vasitəsi kimi istifadə etməsinin artıq reallıq olduğunu görən iqtidar mənsubları indidən hazırlıq görməyə başlayıblar. Hakimiyyət əsas ağırlığı ənənəvi olaraq polisin üzərinə qoyub. Səbəb də odur ki, polis əhali arasında daha çox olur və indiyə qədər aksiyaların qarşısını almaq üçün onların imkanlarından yararlanılıb. Elə buna görə də qərara alınıb ki, polisin ayıq-sayıqlığı daha da artırılsın. Siyasi fəallar nəzarət altında saxlansın.
Mənbə bildirir ki, hakimiyyət bu hərəkəti ilə nəzarəti tam əldə saxlamağa çalışır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR