İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım tatarları İlham Əliyevdən kömək istədilər

8798 06.03.2014 19:00 Gündəm A A

Bunu virtualaz.org-un müxbiri ilə söhbətində Krım tatarlarının lideri, Krım Tatarları Məclisinin sabiq sədri, Ukraynanın xalq deputatı Mustafa Cemilov deyib: “Bizim xalq bir dəfə öz doğma torpaqlarından sürgün olunub və biz həmin fəlakətin təkrarlanmasını istəmirik. Ona görə də kömək üçün İlham Əliyevə, Abdulla Gülə və Nursultan Nazarbayevə müraciət edirik: Öz krımlı qardaş və bacılarınızı bu çətin vaxtda tək qoymayın. Biz bütün dünyadan kömək tələb edirik. 


Rusiyada bizim üçün növbəti repressiya və sürgün planı hazırlanıb”.

M.Cemilov həmçinin deyib ki, onlar kütləvi etiraz aksiyalarına hazırlaşırlar. O bildirib ki, dünya Krımın vahid Ukraynanın tərkibində qalmaq və yaşamaq istəyən yerli əhalisinin mövqeyini müdafiə etməlidir.

Krım tatarlarının liderinin sözlərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan artıq onların nümayəndələrini yaranmış vəziyyəti müzakirə etmək üçün Ankaraya dəvət edib: “Ancaq indi bizə müzakirələr yox, real hərəkət, fəaliyyət lazımdır. Krım tatarları heç vaxt Rusiyanın tərkibində yaşamayacaqlar və biz bütün vasitələrlə öz hüquqlarımız uğrunda mübarizə aparacağıq”.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR