İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə ordumuza möhtəşəm dəstək davam edir- Xalq ayaqdadır VİDEO

2423 03.10.2020 11:35 Son xəbər A A

Sentyabrın 27-dən cəbhədə başlayan döyüşlərdən sonra Azərbaycan xalqı bir daha ordumuzun, dövlətimizin yanında olduğunu sübut edir.

Artıq minlərlə insan könüllü olaraq ordu sıralarına yazılır. Döyüşə gedə bilməyənlər isə müxtəlif yollarla əsgərə, ordumuza dəstəyini göstərməyə çalışır.

Müdafiə Nazirliyi ordumuzun, əsgərimizin bütün ehtiyaclarını qarşılayır. Amma hər kəs bu vətən müharibəsində əlini daşın altına qoymaq istəyir və edir də. Xalq olaraq Azərbaycanın bütün nöqtəsində ayaqdayıq.

"Yeni Müsavat" Media Qrupunun Füzuliyə ezam olunmuş reportyorları olaraq biz də orduya dəstək aksiyasına qoşulduq.

Bildirək ki, artıq Füzuli rayonu ərazisində orduya dəstək olmaq istəyən, əsgərə pay gətirən şəxslərə ciddi nəzarət var. Rayon ərazisinə ayrı-ayrı şəxslərin əsgərlərə gətirdikləri olaylarla daxil olmasına, paylamasına icazə verilmir. Rayonun yaxınlığında qurulan postda  Azərbaycan tarixinin ən məsuliyyətli dövrlərindən birini yaşayırıq. Bu tarixi birlikdə yazacağıq, çünki biz birlikdə güclüyük.

İlkin Muradov
Məhəmməd Türkmən
Füzuli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR