İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub

474 16.12.2022 15:11 Kriminal A A

Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Sahil Rüstəmov idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb. Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib.

S.Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR