İnsanlara hürriyət, millətlərə istiqlal!

Futboldan ömürlük kənarlaşdırılan federasiya prezidentinin cəzası ləğv edilib

1016 15.02.2023 00:55 İdman A A

İdman Arbitraj Məhkəməsi (CAS) təcavüzə görə ömürlük diskvalifikasiya alan Haiti Futbol Federasiyasının (FHF) sabiq prezidenti İv Jan-Bartın cəzasını ləğv edib.

"Report"un CAS-ın rəsmi saytına istinadən məlumatına görə, funksionerin qərardan verdiyi apellyasiya şikayəti təmin olunub.

Məhkəmə FIFA-nın təqdim etdiyi dəlillərdə uyğunsuzluq aşkarlayıb, zərərçəkmişlər və şahidlərin ifadələrində qeyri-dəqiqliklər qeydə alınıb. Bu səbəbdən qurum sübutların yetərli olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, FIFA 2020-ci ilin noyabrında İv Jan-Bartın futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR