İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolçu avtomobilində güllələnib

693 19.09.2019 17:37 İdman A A

İngiltərənin "Berton Albion" klubunun sabiq futbolçusu Kelvin Maynard avtomobilində güllələnərək öldürülüb.

"Report"un məlumatına görə, hadisə Hollandiyanın paytaxtı Amsterdamda baş verib. Surinam əsilli hollandiyalı oyunçu üçün İngiltərə təmsilçisi bas sağlığı mətni yayımlayıb. Hollandiya polisi 32 yaşlı müdafiəçinin qətlində şübhəli bilinən 2 nəfərin axtarışını davam etdirir.

Qeyd edək ki, Maynard son olaraq Hollandiyanın 5-ci liqasında çıxış edən "Quik Boys"un formasını geyinib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR