Futbol matçı zaman meydana girən şəxs məmləkətində qəhraman kimi qarşılanıb - FOTO
Yanvarın 18-dən Suriyanın İŞİD - in nəzarətində olan bölgələrindən Türkiyənin Kilis əyalətinə atdığı raketlər nəticəsində 21 nəfər həlak olub. İstanbulda yaşayan əsli Kilisdən olan Əhməd Kösə Canarslan ötən həftə sonu oynanılan "Qalatasaray - Beşiktaş" oyunun 79 dəqiqəsində "Kilis sahibsiz deyildir, Kilis görə yastayıq" yazılı mayka ilə meydana daxil olub.
Musavat.com xəbər verir ki, etdiyi hərəkətlə böyük marağa səbəb olan Canarslan, qohumları və dostları tərəfindən Kilisə dəvət olunub. Yerlilərinin verdiyi dəstəyə görə, minnətdarlığını bildirən Canarslan: "Kilisin səsini eşitdirmək üçün meydançaya girdim və peşman deyiləm" deyib.
Oyundan əvvəl İstanbulun "Taksim" meydanında aksiya keçirdiklərini, lakin səslərini eşitdirə bilmədiklərini qeyd edən Canarslan "Oyundan əvvəl də həmin mayka üstümdə idi, amma səsimizi eşidən olmadı. Oyun zamanı radikal Qalatasaraylı olsam da Kilisdə yaşanan hadisələr ağlımdan çıxmırdı, ona görə də meydançaya girdim" deyə bildirib.
Aygün SƏFƏRLİ
Musavat.com






