İnsanlara hürriyət, millətlərə istiqlal!

Fuad Qəhrəmanlı ABŞ-ın yüksək vəzifəliləri ilə görüşlər keçirib

785 06.04.2013 09:37 Gündəm A A
F.Qəhrəmanlı “Freedom House” təşkilatında olub. Təşkilatın prezidenti Devid Kramerlə görüşdə Azərbaycanda seçkiqabağı vəziyyət, siyasi məhbuslar məsələsi və hakimiyyətin son vaxtlar güclənən repressiyaları, cəmiyyətdəki narazılıqları zorla boğmaq cəhdləri ilə bağlı müzakirə aparılıb. Azərbaycan hakimiyyətinin repressiv siyasətinə qarşı beynəlxalq birliyin təzyiqlərinin vacibliyi vurğulanıb və “Freedom House” təşkilatının bu istiqamətdə səylərini artıracağı qeyd edilib.
Növbəti görüş ABŞ Dovlət Departamentində dovlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin, Departamentin Qafqaz və regional münaqişələr ofisinin direktoru Castin Fridmanla keçirilib. Dövlət Departamentində digər görüş dövlət katibinin Demokratiya və İnsan Haqları üzrə müavini Tomas Melia ilə keçirilib. Görüşdə həmçinin, Dövlət Departamentinin və müvafiq qurumların təmsilçiləri də iştirak ediblər. Fuad Qəhrəmanlı dövlət katibinin müavininə Azərbaycandakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verərək hakimiyyətin həyata keçirdiyi repressiyaların və demokratik proseslərin boğulmasının ölkəni ciddi təhlükələrə sürüklədiyini bildirib. Vurğulanıb ki, belə bir şəraitdə ABŞ-ın xarici siyasətdə əsas prioritet kimi irəli sürüdüyü demokratiya məsələsinə daha çox diqqət yetirilməsi vacibdir. Daha sonra Fuad Qəhrəmanlı görüş iştirakçılarının suallarına cavab verib. Son günlər Azərbaycanda gənclərə qarşı həyata keçirilən repressiya xususilə diqqət mərkəzində olub.
Xəbərdə daha sonra deyilir ki, Fuad Qəhrəmanlının növbəti görüşü Pentaqonun Azərbaycan, Ermənistan və Xəzər təhlükəsizliyi idarəsinin rəhbəri Alton Buland və onu müşaiyət edən şəxslərlə olub. Bu görüşdə regiondakı son vəziyyət, Qarabağ münaqişəsinin həlli perspektivləri, Azərbaycan müxalifətinin NATO-ya inteqrasiya ilə bağlı baxışları, təhlükəsizliyin təmin olunmasında demokratiyanın əhəmiyyəti və başqa qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Verilən xəbərlərdən belə məlum olur ki, Vaşinqtonda AXCP sədrinin müavininə ciddi səviyyədə ilgi göstərilib. Qəhrəmanlının yüksək vəzifəlilər tərəfindən qəbul edilməsini siyasi şərhçilər ABŞ-ın Azərbaycan müxalifətinə marağının və isti münasibətinin göstəricisi hesab edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR