İnsanlara hürriyət, millətlərə istiqlal!

“FREEDOM HOUSE” AZƏRBAYCANI AZAD OLMAYAN ÖLKƏ HESAB EDİR

1225 02.05.2012 09:55 Gündəm A A
Azərbaycan mətbuatı azad olmayan, internet isə qismən azad hesab edilib.
Dünyanın ən azad ölkələri Finlandiya, İsveç və Norveçdir. Azad olmayan ölkələr isə İran, Eritreya, Kuba, Belarus, Şimali Koreyadır.
Azərbaycanın da daxil olduğu Mərkəzi və Şərqi Avropa regionunda ciddi pisləşmə Macarıstan və Makedoniyada baş verib. Belə ki, ölkə hakimiyyətləri mətbuat və ifadə azadlığının məhdudlaşdırılması üçün addımlar atıblar.
Rusiya, Azərbaycan və Qazaxıstanda media müstəqil jurnalistlərin təqib olunması üçün hakimiyyətin nəzarətində olan məhkəmə sistemindən istifadə olunmaqla xarakterizə edilir. Azərbaycandan fərqli olaraq Gürcüstan qismən azad ölkə (111 yer), Ermənistan isə azad olmayan ölkə (149) hesab edilib.
Liviya və Tunis kimi ölkələr Azərbaycanla Rusiyadan daha çox azad ölkələr hesab edilib. Bu, “ərəb inqilabı”nın sayəsində belə olub.
Azadlığın dərəcəsinin müəyyən olunması metodikası qanunverici, siyasi və iqtisadi azadlıqlara dair 20 bənddən ibarət məlumatlara əsaslanıb.
Bu məlumatlar ayrı-ayrı vətəndaşlara, ictimai və siyasi təşkilatlara, həmçinin biznesin aparılması imkanlarına aiddir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR