İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın yeni hökumətinin siyasi proqramı Milli Assambleyada qəbul olunub

349 17.07.2020 06:12 Dünya A A

Fransanın yeni Baş Naziri Jan Kasteksin hökumətin ümumi siyasət proqramını Milli Assambleyada təqdim edib.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Jan Kasteks sentyabr ayından 100 milyard avro məbləğində olan iqtisadi bərpa planına başlanılacağını bildirib.

Qeyd edib ki, ölkədə səhiyyə böhranı sonuncu dünya müharibəsindən sonra görünməmiş iqtisadi və sosial böhranla nəticələnib.

J.Kasteks bildirib ki, bərpa planının əsas məqsədi qarşıdan gələn 18 ay ərzində mütləq prioritet olan məşğulluq sahəsinə dəstək verməklə iş yerlərini qoruyub saxlamaqdır.

Fransa Milli Assambleyasında ümumi siyasət proqramının lehinə 345, əleyhinə 177 səs verilib. Deputatlardan 44-ü bitərəf qalıb. Beləliklə, Fransanın yeni hökumətinin ümumi siyasəti deputatların mütləq əksəriyyətinin razılığı ilə qəbul olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR