İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Yaponiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

448 31.10.2020 11:42 Dünya A A

Yaponiyada yaşayan müsəlmanlar Tokiodakı Fransa səfirliyinin binası qarşısında Prezident Emmanuel Makronun sözlərinə və Məhəmməd peyğəmbərin karikaturalarına görə etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, oktyabrın 30-da Fransa səfirliyinin qarşısında toplaşan təqribən 300 nəfər əllərində “Fransız məhsullarını boykot et” və “Utan, Makron!” kimi şüarlar tutublar. Aksiya iştirakçıları peyğəmbərin təhqir olunmasının onları qəzəbləndirdiyini bildirərək, bununla əlaqədar etirazlarını səfirliyin əməkdaşlarına çatdırıblar. Qeyd ediblər ki, islam dini başqa dinlərin təhqir olunmasını yolverilməz hesab edir və Fransa mətbuatı söz azadlığı barədə çərçivəni həddindən artıq aşır. Onlar başqa dinlərin nümayəndələrini həm özlərinə, həm də başqa dinlərin nümayəndələrinə hörmətlə yanaşmağa çağırıblar.

Xatırladaq ki, Fransa Prezidenti məktəblilərə peyğəmbərin karikaturasını nümayiş etdirdiyinə görə öldürülən müəllimin dəfn mərasimində söz azadlığını müdafiə edəcəyi barədə vədlərinə görə müsəlman dünyasının tənqidinə məruz qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR