İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın şirkətlərinə qarşı güclü kiberhücum olub- yenə də ruslardan şübhələnirlər

339 17.02.2021 16:30 Dünya A A

 

Fransanın İnformasiya sistemlərinin təhlükəsizliyi üzrə agentliyi (ANSSI) 2017-2020-ci illər arasında yerli “Centreon”şirkətinin istehsalı sayılan proqram təminatı ilə qorunan şirkətlərə qarşı güclü haker hücumlarının həyata keçirildiyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzetində məlumat yayılıb.

Qəzet hədəflər arasında Fransanın Ədliyyə nazirliyinin də yer aldığını qeyd edib.

ANSSI-nin texniki hesabatında haker həmləsinin əsasən Rusiyanın hərbi kəşfiyyatının hazırladığı “Sandworm” sisteminə bənzədiyi vurğulanıb. Lakin agentlik hələ ki bu məsələdə rəsmi olaraq Rusiyanı ittiham etməyərək, yalnız texniki ekspertizanın nəticələrini çatdırmaqla kifayətlənib.

Fransanın kibertəhlükəsizlik üzrə ixtisaslaşan “Wavestone” firmasının eksperti Jerom Billua hücumların xarakterinin daha çox kəşfiyyat məlumatlarının oğurlanması sxeminə bənzədiyini, üstəlik, olduqca yüksək səviyyədə hazırlandığını bildirib.

Qeyd olunur ki, “Centreon” proqram təminatı ölkənin “Airbus”, “Air France”, “Bolloré”, “EDF”, “Orange” və hətta “Total” kimi iri şirkətləri tərəfindən istifadə olunur. Ədliyyə nazirliyi isə kompüter şəbəkələrinin və əlavələrin monitorinqlərini həyata keçirmək üçün bu proqrama müraciət edir.

ANSSI hücum nəticəsində informasiya texnologiyaları tədarükçülərinə, xüsusilə də hostinq-provayderlərə güclü zərər dəydiyini təsdiqləyib. “Burada əsas narahatlıq həmin provayderlərdən istifadə edən istifadəçilərin şəxsi məlumatlarının oğurlanması ilə bağlıdır”,-deyə Jerom Billua söyləyib.

“Le Figaro” Rusiya kəşfiyyatına yaxın hakerlər qrupu tərəfindən 2020-ci ildə Birləşmiş Ştatların “SolarWinds” şirkətinin proqram təminatı ilə qorunan firmalara qarşı eyni hücumun gerçəkləşdirildiyini xatırladıb. Həmin vaxt ABŞ-ın on minlərlə şirkəti və ofisləri böyük təhdid altında qalmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR