FRANSANIN AZƏRBAYCANDA AKTİVLƏŞMƏSİ SƏBƏBSİZ DEYİL
Ancaq Fransanın mövqeyindəki dəyişkənlik yalnız Liviyadakı hadisələrlə məhdudlaşmır. Belə ki, Fransa prezidenti Nikola Sarkozi İranın nüvə silahı əldə etmək istiqamətində layihələrinə davam edəcəyi təqdirdə İrana hücum təşkil edilə biləcəyi barədə xəbərdarlıqla çıxış edib. Fransanın xaricdəki səfirlərinin iştirakıyla təşkil edilən konfransda danışan Sarkozi deyib: “İranın əsgəri, nüvə və ballistik silah proyektləri təhdid meydana gətirməyə davam edir. Bu vəziyyət İranın nüvə təsislərinə dair tədbir görmək məqsədiylə bir hücum təşkil edilməsinə yol aça bilər. Bu da Fransanın heç istəmədiyi böyük bir böhrana gətirər”.
Göründüyü kimi, Fransa az qala ABŞ-ın son illərdə sərgilədiyi sərt mövqedən çıxış etməyə başlayıb. Ancaq Parisin siyasəti ilə bağlı yeniliklər bununla da bitmir. Redaksiyamıza daxil olan məlumata görə, Fransa Azərbaycan daxilində gedən proseslərə də biganə deyil və son zamanlar bu istiqamətdə nəzərə çarpan dəyişikliklər var. Hətta ölkəmizdəki fransız diplomatların müxalifət və iqtidar təmsilçiləri ilə mətbuata açıqlanmayan təmaslarının olduğu barədə də xəbərlər almışıq.
Dünyanın insan haqları və demokratiya ilə bağlı bir sıra nüfuzlu qurumlarının, o cümlədən Avropa Şurasının, “Sərhədsiz
Reportyorlar" (RSF) təşkilatının baş ofisinin yerləşdiyi ölkə faktiki olaraq son illərdə insan haqlarının pozulması hallarına seyrçi mövqedə dayanıb və həmçinin Azərbaycandakı proseslərə müdaxilə etməyib. Bu mənada dünya miqyaslı proseslərdə aktivləşən Fransanın ölkəmizlə də maraqlanması suallar doğurur. Bu, Fransanın Avropa Birliyinin aparıcı ölkələrindən biri olması ilə bağlıdır, yoxsa regiona dair yeni maraqları ilə əlaqədardır?
Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd etdi ki, Fransa Avropa Birliyinin aparıcı dövlətlərindən biridir və əksər beynəlxalq təşkilatlarda və ölkələrlə münasibətdə özünü daha çox Avropa Birliyinin sözçüsü kimi təqdim edir: “Hesab edirəm ki, Fransanın dünya siyasətinə də qatqısı və təsiri az deyil. Ona görə də Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən proseslərə də Fransanın biganə qalacağı, yaxud bu proseslərdə iştirak etməyəcəyi fikri məntiqdən uzaq olardı. Nəzərə alsaq ki, həm də Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Fransadır və uzun müddətdən bəri regionda çalışır, bu, bir daha qənaətimi möhkəmlədir. Ona görə də Fransanın həm dünya dövlətlərinə, həm ərəb ölkələrinə, həm də İrana yönəlik mesajları Avropa Birliyinin mövqeyi kimi təqdim oluna bilər. Azərbaycanda da Avropa Birliyi ilə təmaslar, o cümlədən Yaxın Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsindəki əməkdaşlıq, həmçinin NABUKKO-nun gələcək taleyi məsələsi Fransanı Avropa Birliyi timsalında regionda daha aktiv olmağa səsləyir”.
İ.Ağazadə Fransanın Azərbaycandakı siyasi təşkilatlarla da mütəmadi olaraq vəziyyəti öyrənmək üçün görüşlər, tədbirlər keçirdiyini təsdiqlədi: “Biz həm Fransa səfirliyində, həm Fransadan gələn nümayəndə heyətləri ilə görüşlərdə Fransanın Azərbaycana diqqətini hər zaman görmüşük. Hesab edirəm ki, bu, region üçün təzə məsələ deyil. İrana, Suriya və Liviyaya yönəlik bəyanatlarının səslənməsi isə mahiyyət etibarilə həmin bölgələrdə yeni situasiyanın yaranması ilə əlaqədardır. Ona görə də düşünmürəm ki, Fransa və Avropa Birliyi ortaya yeni siyasət qoyur. Əslində indiyə qədər aparılmış siyasəti bir az da genişlənmiş formada davam etdirir”.