İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın ARTE telekanalı Qarabağ, Şuşa, qaçqınlar haqqında geniş reportaj verib VİDEO

846 25.03.2023 15:41 Son xəbər A A

ARTE telekanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasından bəhs edən “Qarabağa qayıdış vaxtıdır” adlı reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, 44 günlük müharibədən sonra Qarabağda baş verənlərlə bağlı reportaj hazırlamaq üçün telekanalın müxbirləri Azərbaycana səfər ediblər.

Telekanalın fransız dilində hazırladığı reportajında ötən əsrin 90-cı illərində Ermənistanla Azərbaycan arasındakı birinci müharibə nəticəsində məcburi köçkün düşmüş azərbaycanlılardan, 30 il ərzində onlara verilən “Böyük qayıdış” vədindən danışılır.

Bildirilir ki, iki il əvvəl azad edilən torpaqlara hələlik bir neçə ailə qayıdıb. Hələlik iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb və 2023-cü ilin əvvəlindən danışıqlar dalana dirənib.

Reportajda vurğulanır ki, Azərbaycan Qarabağın firavan gələcəyini qurmaq niyyətindədir. Filmdə, eyni zamanda, 2020-ci ildə azad edilmiş və dağıntılar içində olan ərazilərdə yeni infrastrukturun qurulmasından, evlərin, məktəblərin tikilməsindən, xüsusilə Azərbaycanın mədəniyyət mərkəzi Şuşada aparılan quruculuq işlərindən danışılır.

 

Reportaja tam baxmaq üçün bu linki tıklayın: https://www.arte.tv/fr/videos/113067-000-A/azerbaidjan-karabakh-l-heure-du-retour/

 
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR