

Bu gün qonaqlar “Qafqaz Point” otelində mətbuat konfransı keçiriblər. Təşkilatın prezidenti Patrik Debua Ata başçılıq etdiyi təşkilat barədə məlumat verdi. Onun sözlərinə görə, Yahadin Unum, “Güllələrlə törədilən Holokost”u -1941-1944-cü illərdə Şərqi Avropada 1.5 milyon yəhudi və qaraçıların faşistlər tərəfindən törədilən kütləvi edamlarını araşdıran tədqiqat mərkəzidir. Onun sözlərinə görə, “Yahadin heyəti Şərqi Avropanın bir çox şəhər və kəndlərində olmuş, edam məskənlərini araşdırmışdır”. Bu barədə təşkilatın mikrofilmləri də mövcuddur.


Mətbuat konfransında verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan xalqının məruz qaldığı Xocalı faciəsinin daha yaxından öyrənilməsidir, eyni zamanda Şərq Cəbhəsindən yəhudilərin Azərbaycana köçürülməsi məsələsinin araşdırılmasıdır.
Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Bakı Dövlət, Bakı Slavyan və Xəzər universitetlərində olaraq, mühazirələr aparmışlar. Qonaqlar həmçinin 20 fevral tarixində Muzey Mərkəzində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş fransalı fotoqraf Frederik Lengaignenin foto-sərgisində də iştirak ediblər.






