İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadakı etiraz aksiyalarının təşkilatçılarından biri ermənidir

2018 17.12.2018 12:23 Qalmaqal A A

“Sarı jiletlilər”in Fransada keçirdikləri etiraz aksiyalarının fəal təşkilatçılarından bir də erməni əsilli Hayk Şaqinyandır.

“Report” xəbər verir ki, məlumatı “Euronews” yayıb.

H.Şaqinyan bildirib ki, “sarı jiletli”lər 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə siyasi qüvvə kimi qatılacaqlar.

O, 2018-ci ilin aprel-may aylarında Ermənistanda keçirilən etiraz aksiyalara dəstək məqsədilə Fransada təşkil olunan yürüşlərə də qatılıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada etiraz aksiyaları başlayıb. “Sarı jiletlilər”in təşkil etdiyi aksiyalara qatılanlar hökumətin ölkədə yanacağın qiymətinin bahalaşmasına dair hazırladığı layihəyə etiraz edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR