İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada yeniyetmənin qətli Makronun islamofob mövqeyinin təzahürüdür-ŞƏRH

610 29.06.2023 15:07 Gündəm A A

"Makronun Fransada qurduğu yarıtmaz diktatura rejimi irqi ayrı-seçkiliyin artmasını, diskriminasiyanın dərinləşməsini və insan haqlarının dövlət məmurları tərəfindən tapdanmasını adiləşdirib. 2023-cü ildə yol polisi tərəfindən iki dəfə xarici əsilli vətəndaşının qətlə yetirilməsi dövlət məmurlarında digər millətin nümayəndələrinə olan nifrətdən irəli gəlir".

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, Nanter şəhərində Neal adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən "başından vuracağam" deyərək güllənməsi Fransada Makron hakimiyyətinin islamofob iç üzünü açıb göstərdi:

643a4eb8aabaa643a4eb8aabab1681542840643a4eb8aaba8643a4eb8aaba9.jpg (113 KB)

"İnsanların küçələrə axaraq kütləvi aksiyalara qoşulması və ayrıseçkiliyə görə insanlara zorakılıq tətbiq etməsinə görə narazılıq etməsi Makron hakimiyyətinə vətəndaşların etimadsızlıqdan irəli gəlir. Əlcazairli gəncin qətlə yetirilməsi Fransada dəfələrlə təkrar olunan zorakılığın bir nümunəsidir. Təəssüf ki, bu zorakılıqdan mətbuat işçiləri də kənar qalmırlar. İğtişaşlara qarşı polisin şiddətini kameraya alan AZTV–nin əməkdaşlarına qarşı da güc işlədilib, çəkiliş kamerası sındırılaraq maddi ziyan yetirilib. Bunu Fransada mətbuata qarşı da zorakılıq hesab edirəm".

Millət vəkili vurğulayıb ki, bu, dünyaya demokratiya dərsi keçən Qərbin iç üzüdür:

"Qərbin və Avropanın insan haqlarını müdafiə edən və bizə qarşı qərəzli hesabatlar yayan dairələr Fransadakı bu özbaşınalıqları niyə dilinə gətirmirlər? Təbii ki, gətirməyəcəklər. Ona görə ki, Qərb üçün insanların hüquq və azadlıqları maraqlı deyil. Onlar üçün insanların hüquq və azadlıqları pərdəsi altında bizim kimi ölkələri təzyiq altında saxlamaq istəkləri dayanır. Məsələn AŞPA-da Laçın yolu ilə bağlı Azərbaycana qarşı qərəzli qətnamə qəbul edənlər Makronun Avropanın mərkəzində qurduğu diktaturu rejimi haqqında hər hansı müzakirə aparmağı belə düşünmürlər çünki Azərbaycana qarşı qərəzli qətnaməni qəbul etdirən də Makron və onun ətrafındakılardır. Makron və onun əlaltıları birdəfəlik başa düşməlidirlər ki, Azərbaycan Fransadan əvvəl qadınların hüquqlarını tanıyan ölkədir. Bu gün də ölkəmiz demokratik dəyərlərə əsaslanmış dövlət qurub müstəqil siyasət yürüdür. Makron və Fransada insanlara qarşı diktatura rejimini tətbiq edənlər əvvəl özlərinin hakimiyyəyində düzəlişlər etsinlər və sonra digər ölkələrdəki haqq-ədalətdən danışsınlar. Fransada baş verən hadisələr bir daha sübut edir ki, digər ölkələrə insan hüquq və azadlıqlardan dərs deməyə onların mənəvi haqqı yoxdur".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR