İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada müsəlman din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq

565 30.12.2023 03:41 Dünya A A

Fransada müsəlman din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, əcnəbi imamlar 2024-cü il aprelin 1-dən Fransada öz səlahiyyətləri daxilində işləyə bilməyəcəklər. “France Presse”in Fransanın daxili işlər naziri Cerald Darmaninin bir sıra ölkələrə məktubuna istinadən yaydığı məlumata görə, yeni il yanvarın 1-dən Fransa yeni əcnəbi imamları qəbul etməyəcək, aprelin 1-dən isə ölkədə yerləşən bütün əcnəbi imamlar bu statusda öz fəaliyyətlərini qanuni şəkildə həyata keçirə bilməyəcəklər.

Bununla belə, agentliyin məlumatına görə, Fransa ölkə daxilində təlim keçmiş imamların nisbətinin artırılmasına da diqqət yetirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR