İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada koronavirusdan ölənlərin sayı 21,3 min nəfəri keçib

347 23.04.2020 03:55 Dünya A A

Fransada epidemiya başlayandan bəri koronavirusdan ölənlərin sayı 21 340 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə brifinqdə Fransa Baş Səhiyyə İdarəsinin direktoru Jerom Salomon deyib.

Bildirilib ki, epidemiya başlayandan bəri 13236 nəfər xəstəxanalarda ölüb və onların 80% -i 75 yaşdan yuxarı insanlardır. Qocalar evlərində, tibbi və sosial müəssisələrdə ölənlərin sayı 8104 nəfər təşkil edib:

"Fransada epidemiya başlayandan bəri ümumilikdə 21,340 nəfər vəfat edib".

Beləliklə, 24 saat ərzində Fransada 544 nəfər ölüb.

J.Salomon sutka ərzində 1619 nəfərin xəstəxanaya yerləşdirildiyini, 29 741 xəstənin xəstəxanalarda,5218 nəfərin reanimasiyada olduğunu bildirib. Baş direktor vurğulayıb ki, ölkədəki xəstəxanalarda xəstələrin sayında azalma müşahidə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR