İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada futbol meydançasında məşqçini ildırım vurub öldürüb

600 24.05.2024 01:30 Dünya A A

Fransanın şimalında yerli komandanın məşq zamanı futbol meydançasına ildırım düşüb, bir nəfər ölüb, ən azı iki nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “La Voix du Nord” qəzeti yazıb.

Hadisə Kurye kommunasında (Pa-de-Kale departamenti) axşam saatlarında baş verib. Hadisə yerinə gələn xilasedicilər 33 yaşlı məşqçinin öldüyünü təsdiqləyib.

Xəstəxanaya yerləşdirilən yaralılardan biri ayağında yanıqdan, ikincisi isə döş qəfəsində ağrılardan şikayətlənib.

Hadisə zamanı stadionda 33 nəfər olub. Yerli prefekturadan verilən məlumata görə, onlar şok vəziyyətindədirlər, lakin özlərini yaxşı hiss edirlər.

Nəşrin qeyd edib ki, yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları və polis hazırda hadisə yerində işləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR