İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada fermerlər əsas magistralları bloklayıb: Hökumət dialoq çağırışı edib

335 22.01.2024 22:41 Dünya A A

Fransa hakimiyyəti fermerlərin etirazlarını dialoq yolu ilə həll etmək niyyətindədir.

Bu vədi respublikanın daxili işlər naziri Cerald Darmanin BFMTV kanalında verib.

Daxili işlər naziri bu barədə bəyanatı fermerlərin magistral yolları blokadada saxladığı ərəfədə verib. Fermerlər bürokratik prosedurların sadələşdirilməsinə çalışırlar. Ölkənin mərkəzində yolların blokadasına Fransanın cənub-qərbində traktorların köməyi ilə Şərqi Pireney departamentinin əsas şəhəri olan Perpinyana yaxınlaşan fermerlərin fəaliyyəti də əlavə olunub. Nəticədə xüsusən də mühüm A9 magistralında nəqliyyatın hərəkəti dayanıb.

Darmanin fermerlərin çətinliklərinə rəğbət bəslədiyini bildirib və söz verib ki, “polis və jandarm nümayişçilər vandalizm hərəkətlərindən çəkindikcə müdaxilə etməyəcək”. Eyni zamanda, nazir tətilçilərdən “mövcud qanunvericiliyin pozulmasına yol verməməyi” tələb edib.

Televiziya analitiklərinin fikrincə, fermerlərin yarısının təqaüdə çıxması səbəbindən Fransa 2030-cu ilə qədər kəskin fermer çatışmazlığı ilə üzləşəcək.

Son 10 ildə bu ölkədə ən azı 20 min fermer fəaliyyətini dayandırıb, cəmi 14 mini isə onları əvəz edib. Kanal kənd təsərrüfatı işçilərinin orta yaşının 50-dən çox olduğunu və onları əvəz edəcək heç kimin olmadığını qeyd edib. Hazırda Fransada fermerlərin yalnız 1 faizi 25 yaşdan kiçikdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR