İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada başı kəsilən müəllimin fotosunun altına “layk” işarəsi qoyan həbs edilib

787 26.10.2020 03:47 Dünya A A

Fransada, ötən həftə Paris yaxınlığında tarix və coğrafiya müəllimi Samuel Patinin başının kəsilməsi fotosunun altına “layk” işarəsi qoyan bir şəxs həbs olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “BFMTV” saytı məlumat yayıb. Həmin şəxs indi terrorizmi təbliğ etməkdə suçlanır.

Qeyd edək ki, bundan öncə Fransanın daxili işlər naziri Jerlad Dermanen Paris ətrafındakı Sen-Sen-Deni şəhərindəki Panten kommunasının məscidin bağlanacağını bildirib.

Məlum olub ki, həmin məscidin rəhbərliyi hadisədən əvvəl müəllimin hərəkətlərini şikayət edən video yayımlayıb. İslam dininə qarşı qərəzli mövqeyi ilə bilinən J.Dermanen bununla müəllimin öldürülməsi hadisəsində məscid rəhbərliyini də günahkar çıxarıb.

Məsələ ilə bağlı qaldırılan cinayət işi daxilində məscidin imamı da həbs olunub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR