İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada alt paltarları satanlar hökumətə orijinal şəkildə üsyan etdi - baş nazirə tuman yolladılar

580 23.04.2021 23:44 Dünya A A

Fransada alt paltarları satan müstəqil mağaza sahibləri hökumətə qarşı maraqlı aksiyaya başlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Le Figaro” qəzetində məlumat yayılıb. Qəzetin informasiyasına əsasən, 200-dən çox butikin sahibi poçt vasitəsilə Fransa hökumətinin çalışdığı Matinyon sarayına və baş nazir Jan Kasteksə tualet predmetlərini yollayıblar.

Aksiya “Facebook”da Lion şəhərindən olan Natali Parades adlı mağaza sahibəsi tərəfindən başlanılıb. Hazırda onun başını çəkdiyi qrup 433 iştirakçını əhatə edir.

N.Paradesin sözlərinə görə, hökumət məhz onların sahəsini əhəmiyyətsiz hesab etdiyi üçün mağazaları lokdaunlar zamanı bağlayır. Lakin eyni zamanda digər ticarət obyektləri çalışır, bərbərlər əvvəlki axarda işlərini görür, küçələrdə isə insanlar sərbəst şəkildə gəzirlər.

N.Parades şəbəkə kimi fəaliyyət göstərən mağazalardan fərqli olaraq müstəqil satıcıların ciddi problemlərlə üzləşdiyini bildirir. Çünki şəbəkəçilər istehsalçı firmalardan aldıqları malları geri qaytara bildikləri halda sərbəst fəaliyyət göstərən ticarət obyekt sahiblərinin belə bir haqqı yoxdur.

Bu səbəbdən onlar biznesin bu sektorunda yaranmış ağır situasiyaya baş nazirin diqqətini cəlb etmək qərarına gəliblər. Hökumət başçısına göndərilən məktubda ona maraqlı sual da ünvanlanıb: “Cənab baş nazir, siz, o cümlədən digər vətəndaşlar səhər oyananda ilk olaraq əyninizə nə geyinirsiz?”

Aksiyanın özü də ironik şəkildə “action culottée” adlandırılıb. (Culotte fransız dilində tuman deməkdir).

Matinyon sarayı bununla bağlı lazımi şəkildə reaksiya göstəriləcəyini bildirib. Administrasiya nümayəndəsi baş nazirə göndərilən predmetlərin hamısının xeyriyyə təşkilatlarına veriləcəyini söyləyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR