İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa yığmasının üzvü "Beşiktaş"ın futbolçusunun rekordunu yeniləyib

925 11.08.2018 21:11 İdman A A

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba "Beşiktaş"ın futbolçusu Rayan Babelin rekordunu yeniləyib.

"Report" xəbər verir ki, Mançester təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin oynadığı son 11 oyunda meydanı qələbə ilə tərk edib. Bu nəticə daha əvvəl 2007-2011-ci illər aralığında "Liverpul"un formasını geyən Rayan Babelə məxsus idi.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün açılış oyununda doğma meydanda "Lester Siti"ni 2:1 hesabı ilə məğlub edib. Komandanın heyətində ilk qolu Fransa yığmasının da şərəfini qoruyan Pol Poqba vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR