İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa XİN: Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcəyik

541 21.02.2018 11:10 Siyasət A A

“Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

“Biz münaqişə tərəflərini bu istiqamətdə məsuliyyətli fəaliyyət göstərməyə, xüsusi ilə vəziyyəti gərginləşdirə biləcək addımlar atmamağa çağırırıq”, - Fransa XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç həmsədr (ABŞ və Rusiya ilə birlikdə) ölkəsindən biridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR