Fransa Prezidenti Emmanuel Makron bildirib ki, önun ölkəsi Türkiyə və Yunanıstanla birgə Mariupoldan əhalinin təxliyəsi üçün humanitar ənəliyyat keçirmək istəyir.
APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, Makron bunun üçün yaxın saatlarda Vladimir Putinlə danışmaq niyyətindədir.
***
“Biz Türkiyə və Yunanıstanla birgə Mariupol şəhərini tərk etmək istəyənlər üçün humanitar əməliyyata başlamaq istəyirik”.
APA-nın xəbərinə görə, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən zirvə görüşündə bildirib.
Dövlət başçısı əlavə edib ki, bu məsələ ilə bağlı yaxın 72 saat ərzində Vladimir Putinlə danışmağı planlaşdırır.






