Fransa Qvineyasında Fransa prezidentliyinə səsvermənin ikinci turu başlayıb. Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, günün yarısında səsverənlərin sayı 19.92 faiz təşkil edib. Məlumata görə, bu göstərici 2012-ci ilin göstəricisindən aşağıdır.
Qeyd edək ki, səsvermə Fransanın xaricdəki torpaqlarında və departamentlərində artıq başlayıb. Məntəqələrin əksəriyyəti yerli vaxtla 19.00-da bağlanacaq.
Musavat.com






