İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa polisi nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib

382 25.08.2019 03:05 İdman A A

Fransanın Bayonna şəhərində “Böyük yeddilik” sammitinə qarşı etiraz aksiyaları keçirilir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb. Aksiya zamanı etirazçılarla asayiş keşikçiləri arasında qarşıdurmalar da olub.

Bildirilir ki, polis nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qazdan və xüsusi vasitələrdən istifadə edib. Ümumilikdə isə vəziyyətin nəzarət altında olduğu deyilir. Qarşıdurmalar zamanı saxlanılanlar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hazırda nümayişlər davam etdirilir.

Qeyd edək ki, Andaye şəhərində də aksiyalar keçirilir. Burada 9 min iştirakçı toplaşıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR