Fransa hökuməti “sarı jiletlilər”in şübhəli şəkildə bu qədər mükəmməl şəkildə təşkilatlanmasını araşdırır.
“Hazırda sosial şəbəkəlrdə minlərlə akkauntun aktivliyi barədə təhqiqat aparılır”,-“Le Monde” qəzetindən Eliza Braun yazır.
Müəllifin verdiyi məlumata görə, iş artıq Fransanın təhlükəsizliyini təmin edən Müdafiə və milli təhlükəszlik baş idarəsinin (SGDSN) nəzarətindədir. Bu orqan Fransa baş nazirinə tabedir və ölkənin Daxili təhlükəsizlik baş idarəsi (DGSİ) kimi bir sıra kəşfiyyat strukturlarının fəaliyyətini koordinə etməklə məşğuldur.
Hələ bu təhqiqatdan öncə mətbuat işin içində xarici müdaxilənin olduğu barədə informasiyalar yayırdı. Xüsusilə “Bloomberg” və “The Times” kimi ingilsdilli nəşrlər “New Knowledge” adlı kibertəhlükəsizliklə məşğul olan şirkətin araşdırmasından gətirdiyi rəqəmlər fransızları olduqca qayğılandırıb. Şirkətin təsbitinə görə, “Twitter”də Rusiya mənşəli 2 min akkaunt gündə 20 minlik mesajına "sarı jiletlilər" hərəkatının güclənməsi yolunda aktiv rol oynayblar.
OSINT (Open Source Intelligence, İnternet həvəskarları və bilicilər birliyi) təşkilatı da radikal sağçılara yaxın trol mərkəzlərinin olduqca gücləndiyini qeyd edib.

Məsələn, “Twitter”də aktiv sayılan "TeamMacronPR” akkauntun iddiasına görə, “giletsjaunes.com” ("sarı jiletlilər" saytının adı) saytının hələ 2017-ci ilin mayında ABŞ-da qeydə alındığını bildirir. Buna görə bu işin arxasında Donald Trampın keçmiş müşaviri, radikalı sağçılarn və irqçilərin “xaç atası” Stiv Bennonun dayandığına dair ciddi şübhələr yaranıb. Saytın təsisçisi bu vaxta qədər gizli qalıbmış. Lakin “Liberation” qəzeti onun fransız olduğunu müəyyənşdirib.

“İnformasiyaların manipulyasiya edilməsi effektivliyini ölçmək mümkün deyil. Çünki yayılan məlumatlarla sahədəki fəaliyyət arasında əlaqə özündə bir çox faktorları birləşdirir”-deyə IRSEM (Fransa Müdafiə nazirliyinə tabe ali hərbi məktəbin analiz, proqnozlaşdırma və startegiya mərkəzi) tərəfindən verilən raportda deyilir. “Bu cür manipulyativ hərətkətlər ictimai rəyi dəyişdirmək üçün deyil, cəmiyyət içində şübhə, nifaq toxumu səpmək, bəzi hallarda isə konket fəaliyyətə təhrik etmək üçündür,”-deyə sənəddə deyilir.
Musavat.com






