İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa hakimiyyətinin ermənipərəst mövqeyinə azərbaycanlı diplomatdan SƏRT REAKSİYA

722 06.07.2023 12:43 Siyasət A A

 Azərbaycanlı diplomat “Cənubi Qafqaz və Aİ” konfransında rəsmi Parisin Qarabağ nizamlanmasındakı rolunu tənqid edib

Faransa hakimiyyətinin açıq-aşkar ermənipərəst mövqe tutması Bakının sərt qınağı ilə qarşılaşıb. Artıq rəsmi Bakı bütün beynəlxalq platformalarda rəsmi Parisin Qarabağ nizamlanmasında tutduğu neqativ rolu ifşa edir.

Məlum olduğu kimi, ötən gün Bakıda Qoşulmama Hərəkatı üzv ölkələri nazirlərinin toplantısında Fransa hakimiyyətini sərt şəkildə tənqid olunub. Eyni gündə Haaqa şəhərində Avropa İttifaqının təşkil etdiyi müzakirələrdə Fransanın Qarabağ nizamlanmasında tutduğu qeyri-konstruktiv roluna toxunulub. Azərbaycanlı diplomatlar rəsmi Parisin davranışlarını Avropa İttifaqı nümayəndələrinin diqqətinə çatdırıblar.

“Əvvəllər Aİ-nin rolu faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın inhisarında idi. Bu fəaliyyətin nəticəsi sıfıra yaxın idi. Daha da pisi odur ki, bu vasitəçilik nəinki sülhə gətirib çıxarmadı, həm də Ermənistanın anneksiyanın tanınmasına qədər enməsinin qarşısını almadı. Bu da öz növbəsində müharibəyə səbəb oldu”.

Bu sözləri Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov dünən Haaqada keçirilən Aİ-nin region üzrə xüsusi nümayəndələri, Brüsseldən yüksək səviyyəli rəsmilər, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomatlar və ekspertlərin iştirak etdiyi “Cənubi Qafqaz və Aİ” konfransında çıxışı zamanı deyib.

Elşad İskəndərov bildirib ki, rəsmi Bakı Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində mövcud vasitəçilik missiyasını vasitəçi kimi müsbət qiymətləndirir. Lakin səfir qeyd edib ki, Aİ keçmişin acı təcrübəsini nəzərə almalıdır.

Sitat: “Tamamilə uğurlu olmaq üçün bu missiya keçmişin səhvlərini nəzərə almalıdır. Bu isə realizm prinsipinə, sahədəki reallığı qəbul etmək, ikincisi, vasitəçinin qərəzsiz mövqeyini saxlamaq deməkdir”.
Dinləmələr zamanı “Mülki Müqavilə” Partiyasından olan keçmiş deputat Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını “Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti” kimi təqdim etməyə cəhd edib.

Erməni nümayəndənin ittihamlarına cavab verən E.İskəndərov qeyd edib ki, Ermənistan məqsədli şəkildə Azərbaycanın Qarabağ erməniləri ilə başlatdığı dialoq prosesini pozmağa çalışır.

Sitat: “Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra biz də erməni azlığına humanist və sivil münasibət göstərdik. Bir neçə həftə ərzində 30 ildən artıq separatçı rejim tərəfindən məcburi təcrid şəraitində yaşayan yerli əhali Azərbaycan hakimiyyət nümayəndələri ilə əlaqə saxlayıb və bu zaman heç bir problem qeydə alınmayıb. Və bu, inam yaratmaq üçün ən yaxşı tədbirdir”.
E.İskəndərov bildirib ki, Azərbaycanın barışıq təşəbbüsünü erməni tərəfi məqsədli təxribatlarla pozmağa çalışıb: “Mühüm əhəmiyyət daşıyan etimad quruculuğu prosesini kim sarsıtdı? Ermənistandan atılan snayper gülləsi yalnız Azərbaycan sərhədçisinə deyil, həm də erməni azlığının Bakı ilə dialoqunu nişan almışdı. Çünki ərazidə aparılan real ünsiyyət prosesi sizin kimilərin irəli sürdüyü “etnik zəmində qarşıdurma” yalanlarını puç etdi”.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR