İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstək verib

835 17.03.2022 22:02 Siyasət A A

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Bu barədə Musavat.com-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Nazirlər regiondakı cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş baza prinspinə toxunublar. Fransa naziri Fransanın Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib.

Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR