“FÖVQƏLNAZİR”in ŞİRKƏTİ “YENİ MÜSAVAT”ı 50 MİN MANAT CƏRİMƏLƏTDİ
“Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseynin bildirdiyinə görə, bu, son illərdə qəzetlərə kəsilmiş ən böyük cərimədir. Onun fikrincə, hakim Xalid İmanov növbəti rekordu vurub: “Biz bunu sifarişli qərar hesab edirik. Məhkəmədəki bugünkü (dünənki-red.) çıxışımızda iddianın əsassız olması barədə hüquqi dəlillərə əsaslanan mövqe ortaya qoyduq. Göstərildi ki, ”Yeni Müsavat" qəzetində “Gilan Qəbələ Konserv Zavodu”nun istehsal etdiyi məhsullarla bağlı dərc olunan məqalələr heç də jurnalist təxəyyülünün məhsulu deyil. Qəzet konkret faktlara söykənən hadisələri işıqlandırıb. Belə ki, həmin yazıların bir qismi müəllif yazıları, digərləri isə müxtəlif jurnalist araşdırmalarının məhsuludur. “Yeni Müsavat” qəzetində dərc edilən məqalələr cəmiyyətin əsas qayğılarından biri olan qida təhlükəsizliyi ilə bağlı gedən yazılardır. “Gilan Qəbələ Konserv Zavodu” ölkənin əsas şirə istehsalçısıdır və bazar payının ən böyük hissəsi onun əlindədir. Məhz bu səbəbdən bu yazılar ictimai əhəmiyyət kəsb edir".
V.Hüseyn onu da dedi ki, həmin yazılarda birbaşa olaraq “Gilan Qəbələ Konserv Zavodu”nun istehsal etdiyi məhsullar hədəfə alınmayıb: “Məqalələrdə bizim jurnalistlər Azərbaycan Respublikasının ərazisində satılan yerli meyvə şirələrinin satış qiyməti ilə bazarda olan təbii meyvələrin satış qiyməti arasında uyğunsuzluğa diqqəti cəlb edib. Bu barədə müxtəlif ekspertlərdən, ictimaiyyətdən müvafiq rəylər alıblar. Məsələn, almanın topdan satış qiyməti ən azı 2-3 manat olduğu halda, istehsalı üçün azı 3-4 kq meyvə tələb olunan 1 litrlik ”Jalə" və ya “Zolotoy sad” markalı alma şirələrinin qiyməti sadəcə 1 manat təşkil edir. Bundan başqa, əvvəlki məhkəmə iclasında zavodun nümayəndəsi E.Zalov hər il xaricə tonlarla meyvə şirəsi göndərildiyini bildirmişdi. Üstəlik, bu şirələr daxili bazarda da satılır. Bu həcmdə meyvə şirələrinin hazırlanması üçün tələb olunan meyvə potensialı ölkədə yoxdur. Bunu sadə riyazi hesablama ilə sübut etmək mümkündür. Həmçinin bu istiqamətdə jurnalistlərimiz də araşdırma aparıblar. İddiaya səbəb olan hallardan biri də “Gilan Qəbələ Konserv Zavodu”nda istehsal olunan məhsulların əslində təbii olmadığı haqda yazılanlardır. Bu elə həmin şirkətin öz məhsul qablarında aşkar edilmişdi. Məsələn, “Zolotoy sad” markalı 100 faiz şirə adı altında təqdim olunan ərik şirəsində ərik püresindən və digər maddələrdən istifadə olunduğu aşkar surətdə yazılmışdı. Belə olan halda hansı yalan məlumatdan söhbət gedə bilər?! Və bunun üçün hər hansı bir yazılı ekspert rəyinə və ya kimya mütəxəssisi olmağa ehtiyac varmı?"
Müsahibimiz dedi ki, bəzi yazarlarımız “Gilan Qəbələ Konserv Zavodu”nun məhsullarının təhlükəli olmasının səbəblərindən biri kimi onun Qəbələ RLS-ə yaxın ərazidə yerləşməsini göstəriblər. Hətta bəzi köşə yazarlarımız bu mövzuda satirik məqalələrlə çıxış ediblər. Buna baxmayaraq, iddiaçı bu cür yumoristik janrda olan köşə yazılarını da ciddiyə alıb: “Bütün bunlar onu göstərir ki, iddia predmeti olan informasiyanın ”Gilan Qəbələ Konserv Zavodu" MMC-nin guya şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələməsi haqqında iddiaçı tərəfin nümayəndəsinin tələbləri yalnız onların özlərinin subyektiv mülahizələrindən ibarətdir".
“Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan isə hesab edir ki, bu məhkəmə hökmü mətbuata qarşı hücumdur. Onun sözlərinə görə, bu cür böyük məbləğdə cərimə “Yeni Müsavat” qəzetinə qarşı qəsddir: “Hakimiyyət alternativ fikir tribunalarını susdurmağa, onları sıradan çıxarmağa, ən azı zəiflətməyə çalışır. Bu istiqamətdə total hücuma keçilib. Bir yandan müxalifət qəzetlərinin satışına əngəl törədilir, digər tərəfdən qəzetlər məhkəməyə verilərək fantastik məbləğdə cərimələnir”. A.Ayxan bildirdi ki, KİVDF xətti ilə digər qəzetlərlə yanaşı “Yeni Müsavat”a da ayrılan yardımı Kəmaləddin Heydərov vasitəsilə əlimizdən almağa çalışırlar: “Bu hökumətin mətbuat siyasətini başa düşmək olmur. Bir yandan mətbuata dövlət qayğısından, dəstəyindən danışırlar, bunun üçün təmtəraqlı adı olan təşkilat yaradırlar, digər tərəfdən isə nazirlərin şirkətləri vasitəsilə bizi məhkəməyə verdirib ayırdığı pul yardımını əlimizdən alır”. A.Ayxan dedi ki, qəzetin 50 min manat məbləğində cərimələnməsi həm də diqqətləri məhkəmə hakiminin üstünə yönəldir: “Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, hakim hökmü sifariş əsasında çıxarıb. Üstəlik, bu cür məhkəmə çəkişmələrində rüşvət amilinin, şirnikləndirici vədlərin də rol oynadığı şübhəsizdir. Biz hökm çıxaran hakim haqda da araşdırmalara başlayacağıq. Çox güman ki, hakim Xaliq İmanov belə fantastik məbləğdə məhkəmə hökmünü özbaşında çıxarmaz. Burada kənar təsirlərin olması qaçılmazdır”.