“FÖVQƏLNAZİR”in BELTMANNLAR SÜLALƏSİ İLƏ ORTAQ PİANO BİZNESİ
Fabrikdə hazırlanan pianoların hamısı əl işidir. Üstəlik işə cəlb olunan yerlilərin heç birinin əvvəllər bu sahədə təcrübəsi olmayıb.
Dünyada tanınmış “Beltmann” pianolarının təsisçisinin nəvəsi olan H.Beltmann iki il əvvəl Azərbaycan hökumətinin dəvəti ilə Qəbələdə piano zavodu açıb. “Hürriyet” qəzetinə müsahibəsində H.Beltmann fabrik işçilərinə bir neçə ay musiqi alətini düzəltməyi öyrətdiklərini deyib. Nəticədə 10 ayda 500 piano hazırlanıb. “Zəhərli olduğu üçün biz poliesterlə işləmirik” - deyən H.Beltmann qeyd edir ki, Azərbaycana fabrik açmağa dəvət olunan zaman da yeganə şərti bu olub: “Çünki mən insanları öldürmək istəmirəm. Biz işi tamamlamaq üçün təbii, qeyri-toksik materiallardan istifadə edirik”.
Onun dediyinə görə, Qəbələ piano fabrikinə ağac Almaniya, Çexiya və Avstriya arasında yerləşən kiçik kənddən gətirilir: “Dünyada ən yaxşı ağac oradadır. Tonun əla olması üçün pianonun taxtası mükəmməl olmalıdır”.
Fabrikdə 330 nəfərlik konsert zalı var. H.Beltmann deyir ki, burada piano akademiyasının yaradılması da planlaşdırılır.
“Beltmann” pianolarının Almaniyada sərgi zalı var. Daha iki sərgi zalının isə Moskva və Bakıda açılması nəzərdə tutulur. H.Beltmann deyib ki, zavodda işləyənləri vaxtilə işə küçədən götürüblər və onlara bir müddət piano yığmağın sirlərini öyrədiblər. Onun dediyinə görə, “Beltmann” pianoları 16 minə qədər hissəcikdən məxfi sxem əsasında yığılır. Sxem isə ona görə məxfi saxlanılır ki, heç kim “Beltmann” pianolarının istehsalının sirlərini öyrənə bilməsin.
1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu “Beltmann” piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürüb və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərib. 2008-ci ilin fevralında yeni “Beltmann” piano fabrikinin yaradılması ideyası yaranıb və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılıb. 2009-cu ilin sentyabrında fabrikdə 3 pianonun hazırlanması ilə “Beltmann” markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur. Qeyd edək ki, K.Heydərov həm də bəstəkarlığı ilə tanınır. O, “Kamal” təxəllüsü ilə bir sıra populyar mahnılar bəstələyib.