İnsanlara hürriyət, millətlərə istiqlal!

Fövqəladə vəziyyət elan edildi - Şəhər əhalisi TƏXLİYƏ OLUNDU FOTO VİDEO

2019 14.01.2024 18:37 Hadisə A A

İslandiyanın Reykjanes yarımadasında Faqradalsfyal vulkanı püskürməyə başlayıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər adada bir neçə zəlzələ qeydə alınıb, daha sonra Qrindavik şəhərinin sakinləri (3 mindən çox insan) təxliyə edilib.

Hökumət fövqəladə vəziyyət elan edib.

"Qindavikin altında çox güman ki, maqma var və buna görə də biz sakinlərdən və təcili yardım xidmətlərindən şəhəri tərk etmələrini xahiş etdik", - deyə İslandiya Mülki Müdafiə İdarəsinin sözçüsü Hjordis Qudmundsdottir bildirib.

O əlavə edib ki, vulkan növbəti 10-12 il ərzində yenidən püskürə bilər. Əvvəlki püskürmə 2023-cü il dekabrın 19-da qeydə alınıb.

Onun sözlərinə görə, 2021-ci ilə qədər Faqradalsfyal vulkanı 6 min il ərzində hərəkətsiz hesab olunub.

İslandiya Meteorologiya İdarəsi maqmanın sızdığı çatın sürətlə genişləndiyini bildirib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR