İnsanlara hürriyət, millətlərə istiqlal!

Formula 1-in üçqat çempionu Niki Lauda vəfat edib

465 21.05.2019 07:22 İdman A A

Formula 1-in üçqat avstraliyalı çempionu Niki Lauda vəfat edib.

Trend-in məlumatına görə, bunu pilotun doğmaları bildirib. Lauda 71 yaşına dünyasını dəyişib. Pilotun ailəsi bildirib ki, o, "öz doğmaları arasında sülhlə yuxuya gedib".

Qeyd edək ki, 2018-ci ilin iyul ayında üçqat çempion pnevmoniya diaqnozu ilə Vyana klinikasına yerləşdirilib, daha sonra müəyyən olunub ki, Laudanın ağ ciyərləri ciddi şəkildə zədələnib. Avqust ayında Lauda ağ ciyərlərin transplantasiyası üzrə uğurlu əməliyyat keçirib.

Pilot Formula 1-də 13 sezon keçirib, bu çıxışlar zamanı 25 qələbə qazanıb və 54 dəfə podiuma qalxıb. Çempion adını 1975, 1977 və 1984-cü illərdə qazanıb. "Març", "BRM", "Ferrari", "Brebem" və "Maklaren" kimi komandalarda çıxış edib. Karyerasına 1985-ci ildə son qoyub. 2012-ci ildən pilot "Mercedes" komandasının Nəzarət Şurasının sədri kimi fəaliyyət göstərib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR