İnsanlara hürriyət, millətlərə istiqlal!

“Formula-1”: Bulvar ərazisində tribunaların quraşdırılmasına başlanılıb

440 20.04.2022 14:12 İdman A A

Bakı Şəhər Halqası (BŞH) iyunun 10-12-də “Formula-1” 2022 Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində tikinti işlərinə start verilib.

APA xəbər verir ki, bu barədə BŞH-nın Əməliyyat Şirkətinin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer açıqlama verib.

Onun sözlərinə görə, tikinti-quraşdırma işləri çərçivəsində təhlükəsizliyi təmin etmək məqsədilə beton blokların quraşdırılması prosesi başlayıb.

"Builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində də tribunaların quraşdırılmasına başlanılıb. Trasla yanaşı, Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə də start verilib. Builki yarış "Asfalt cəngavərləri" adı altında keçirilir. Məqsədimiz odur ki, Azərbaycanın necə əsrarəngiz ölkə olduğunu bütün dünyaya göstərə bilək".

O həmçinin qeyd edib ki, yollarda müəyyən tıxaclar əmələ gələ bilər. Bunun üçün yerli sakinlərdən üzr istəyirik. Amma bu, yarışdır və təşkil olunmalıdır. Tikinti ilə bağlı heç bir problem yoxdur. Bununla əlaqədar müvafiq qurumlarla razılaşdırmalar aparılıb. Tikinti işləri yarışın başlamasına bir həftə qalmış yekunlaşacaq. Növbəti mərhələdə trek zolaqları quraşdırılacaq. Tribunalar 16 min tamaşaçı tutumuna malikdir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR