FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL
Həmin gənclər onların xuliqanlıq hərəkətlərinin qarşısını alan və intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, nəticədə asayiş keşikçilərindən bir neçəsi bədən xəsarətləri alıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Fevralın 9-da cinayətin iştirakçılarından üç nəfəri şübhəli şəxs qismində saxlanılıb.
Maraqlıdır, görəsən, polis əməkdaşlarının xidmətdən kənar asayişi pozan vətəndaşların xuliqanlıq hərəkətlərinin qarşısını almaq, onları intizama dəvət etmək hüququnun varmı və belə halda onlara göstərilən müqavimətin hakimiyyət nümayəndəsinə qarşı müqavimət sayılırmı?
Bu suallara aydınlıq gətirmək üçün “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış vəkil Müzəffər Baxışa müraciət etdik. M.Baxış bunun çox maraqlı bir məsələ olduğunu dedi: “Polislərin həmin vaxt xidməti formada olub-olmamaları qaranlıq qalır və rəsmi məlumatda da bu yoxdur. Yəqin ki, polislər xidməti formada olublar. Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Erol Əliyevin telekanallarda verdiyi məlumatda belə başa düşdüm ki, həmin gənclər oradan keçərkən polislə çiyin-çiyinə toqquşublar və bundan sonra bu münaqişə başlayıb. Guya çiyin-çiyinə toqquşanda polislər onları intizama dəvət ediblər və bu zəmində də hadisə baş verib. Hadisənin belə bir zəmində baş verməsi başqa məsələdir. Əgər həmin şəxslər sərxoş vəziyyətdə ictimai qaydanı pozmaq istəyiblərsə və polis əməkdaşları da xidməti formada ictimai qaydanın pozulmasının qarşısını almaq istəyiblərsə, onda bu hərəkətlər rəsmi məlumatda göstərildiyi kimi, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif oluna bilər. Əgər polis əməkdaşları xidməti formada olmayıblarsa və həmin şəxslərlə onların arasında münaqişə baş veribsə, bu şəxsi münasibətlər zəmində baş vermiş hadisə kimi qiymətləndirilə bilər. Amma bu hadisə polis əməkdaşlarının xidməti vəzifələrinin icrasının yerinə yetirilməsi ilə əlaqədar olmayıbsa, onda bu əməl Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilə bilməz”.
Bu hadisələrin hansı zəmində baş verməsi haqda şübhələrin olduğunu deyən M.Baxış məsələlərin istintaq zamanı tam, obyektiv araşdırılmalı olduğunu bildirdi. Polisin xidmətdən kənar vaxtda belə hadisələrə müdaxilə etmək hüququnun olub-olmamasına gəlincə M.Baxış qeyd etdi ki, ictimai asayişi pozan şəxsləri polislə yanaşı digər şəxslər də intizama dəvət edə bilər.
Polislə mübahisə edən digər şəxslərin saxlanılıb-saxlanılmaması haqda olmasını öyrənmək üçün Yasamal RPİ ilə əlaqə saxladıq. Orada bu məsələ ilə bağlı məlumat verə bilməyəcəklərini dedilər.