İnsanlara hürriyət, millətlərə istiqlal!

“Forbes”: TOP-200 reytinqindən iki iş adamı Rusiya vətəndaşlığından imtina edib  

339 29.02.2024 15:55 Dünya A A

ABŞ-IN “Veeam Software” və “Object First” İT şirkətlərinin yaradıcıları olan sahibkarlar Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Hər iki sahibkar 2017-2021-ci illərdə “Rusiyanın 200 ən varlı iş adamı” reytinqinə daxil olubmuş.
2020-ci ildə “Forbes” Baronovun sərvətini 770 milyon dollar, Timaşevinki isə 680 milyon dollar qiymətləndirib.

Andrey Baronov uzun müddətdir İsveçrədə, Ratmir Timaşev isə ABŞ-da yaşayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR