İnsanlara hürriyət, millətlərə istiqlal!

Forbes milyarderlərin yeni reytinqini açıqladı: Dünyanın ən varlı qadını o oldu

1795 02.04.2024 23:25 Dünya A A

ABŞ-ın Forbes jurnalı dollar milyarderlərinin 38-ci qlobal reytinqini dərc edib.

Musavat.com jurnalın saytına istinadən xəbər verir ki, Louis Vuitton Moët Hennessy şirkətlər qrupunun prezidenti və baş icraçı direktoru Bernard Arno artıq ikinci ildir ki, dünyanın ən zəngin milyarderlərinin reytinqinə başçılıq edir. İkinci və üçüncü yerləri, bir il əvvəl olduğu kimi, müvafiq olaraq, Elon Musk və Jeff Bezos bölüşür. Metanın sahibi Mark Zukerberq bu il ilk 10-luğa qayıdıb.

Jurnalın yazdığına görə, Bernard bir il ərzində o, 22 milyard dollar zənginləşib və hazırda 233 milyard dollar sərvəti var.

Keçən il olduğu kimi, Tesla və SpaceX şirkətlərinin sahibi, 2022-ci ildə reytinqə başçılıq edən İlon Mask və 2022-ci ilə qədər dörd il dalbadal ən varlılar reytinqinə başçılıq edən Amazonun rəhbəri Ceff Bezos 2-ci və 3-cü yer. Keçən il olduğu kimi Mask Bezosu məğlub edib: o, rəqibindən 1 milyard dollar çox qazanıb.

Forbes-in hesablamalarına əsasən, dünyanın ən zəngin 20 adamının sərvəti 2,48 trilyon dollar olaraq qiymətləndirilir.

Meta-nın baş direktoru Mark Zukerberqin ilk 10-luğa qayıtması gözlənilməz olub. İl ərzində o, 100 milyard dollardan çox qazanıb və 4-cü yeri tutub (keçən il 16-cı).

Bu ilin ilk 20-liyində yalnız bir qadın var - Fransuaza Bettenkur-Mayers; L'Oréal kosmetika imperiyasının sədr müavininin sərvəti bir qədər artaraq 99,5 milyard dollara çatıb, lakin o, reytinqdə 15-ci yeri tutub. Walmart imperiyasının qurucusu Sem Uoltonun varislərindən biri olan Alice Uolton 18-ci və 19-cu yerləri tutan qardaşlarından geri qalaraq zirvəni tərk edib. Çarlz və Culiya Kox da ilk 20-liyi tərk ediblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR