İnsanlara hürriyət, millətlərə istiqlal!

“Forbes”in milyarderləri siyahısına girən 31 yaşlı gənc qadın gündəm oldu – FOTOLAR

2852 10.04.2021 21:42 Maraqlı A A

“Forbes” jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını açıqlayıb.

Ötən il “Forbes”in tərtib etdiyi siyahıda 2095 milyarderin adı vardı. Bu il isə siyahıya 2755 milyarderin adı düşüb. Ötən il milyarderlərin ümumi sərvəti 8 trilyon dollar idi. İndi isə 13,1 trilyon dollardır. Milyarderlərin 210 nəfəri Çin və Honkonqdan, 98 nəfəri ABŞ-dandır.

Eyni zamanda builki siyahıda ötən illərdən fərqli olaraq, yeni adlar da var.

Maraqlıdır ki, çoxlarının yoxsullaşdığı pandemiya dönəmində dünyada milyarderlərin də sayı artıb. Onlardan biri də Vitney Volfe Herddir. “Forbes” jurnalının təqdim etdiyi dünyanın ən varlı adamları siyahısında yer alan Volfe son günlər dünya mətbuatında geniş müzakirə edilir.

Whitney Wolfe Herd becomes youngest woman to take tech unicorn public

31 yaşlı texnologiya həvəskarı gənc qadın bir tanışlıq tətbiqetməsi yaradaraq milyarder olub. “Bumble” şirkətinin həmtəsisçisi olan 31 yaşlı qadın şirkətdəki yüzdə 12 payı ilə 1,3 milyard dollar sərvətə sahib olub.

Herd bu şirkəti rusiyalı milyarder Andrew Andreyev ilə birlikdə qurub. Şirkət 2014-cü ildə qurulub. 2015-ci ildə “Bumble” şirkətinin qurduğu tanışlıq tətbiqetməsi 15 milyondan çox söhbətə və 80 milyona yaxın tanışlığa vasitəçilik edib. 2017-ci ildə isə “Bumble” tanışlıq tətbiqetməsinin 22 milyondan çox rəsmi üzvü var idi.

Bumble: Whitney Wolfe Herd Says an Acquisition Isn't Off the Table | Fortune

20 yaşında bambuk çantalar sataraq işə başlayan Herd məşhur stilist Patrick Aufdenkamp ilə ortaq şəkildə "Help Us Project" adlı qeyri-kommersiya təşkilatını qurub. Bir çox dünya ulduzlarının bu çantalar ilə şəkil çəkdirməsindən sonra satış sayı da artıb. Məzun olduqdan sonra Volfe Herd Cənub-Şərqi Asiyaya gedib və burada uşaq evləri ilə çalışıb.

2021-ci ildə Herd dünyanın ən gənc, öz-özünü inkişaf elətdirmiş qadın milyarderi oldu. “Forbes” onun sərvətini təxminən 1,5 milyard dollar olaraq qiymətləndirib.

Whitney Wolfe Herd: who is the Bumble founder, what's her net worth, and  who is her husband Michael Herd? | The Scotsman

“Forbes”in hesablamasına görə, dünyanın ən varlı adamı ABŞ-ın “Amazon” şirkətinin başçısı Ceff Bezosdur. Onun varidatı 117 milyard dollar dəyərində qiymətləndirilir.

İkinci yerdə ABŞ-ın “Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask gəlir. Onun 151 milyard dollarlıq sərvəti var.

Üçüncü yeri 150 milyard dollarlıq sərvətlə Fransanın “Louis Vuitton Moet Hennessy” şirkətinin rəhbəri Bernar Arno tutur.

Dördüncü yerdə ABŞ-ın “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts durur. Onun 124 milyard dollarlıq varidatı var.

Dünyanın ən varlı adamlarının ilk onluğunda sonrakı yerlərdə gələnlərin sərvəti 100 milyard dollardan aşağıdır.

Bunlar “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (97 milyard dollar), amerikalı sərmayəçi Uorren Baffet (96 milyard dollar), ABŞ-ın “Oracle” şirkətinin qurucusu Larri Ellison (93 milyard dollar) və ABŞ-ın “Google” şirkətinin qurucusu Larri Peycdir (91,5 milyard dollar).

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR