Bu gün Koronavirusa Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Operativ Qərargahın brifinqində iştirak edən Fondun İctimai Nəzarət Şuranın üzvü deputat Ziyad Səmədzadə məlumat verib.
İclasda Prezident Admnistrasiyasının, Nazirlər Kabinetinin və Milli Məclisinin üzvləri iştirak edib.
Z.Səmədzadə bildirib ki, ölkə başçısının göstərişi yaradılan Fond tam şəffaf şəkildə fəaliyyət göstərəcək.
"Fonda ayrılan hər bir manat üzərində ciddi nəzarət var. Əmin ola bilərsiniz ki, bu fəaliyyət tam şəkildə şəffaf aparılacaq. Dövlətimizin də niyyəti və məqsədi budur"- deyə Z.Səmədzadə bildirib.
Şuranın digər üzvü Fərhad Bədəlbəyli isə bildirib ki, Fonda ayrılan bütün pullar xalqa məxsusdur.
F.Bədəlbəyli deyib ki, Fonda ayrılan pulların hara xərclənməsi ilə bağlı müxtəlif təkliflər var.
"Təkliflərdən bir sahənin bir hissəsinin koronavirusla mübarizə aparan həkimlərin ailə üzvlərinin sığortalanması ilə bağlıdır. Bu hələki təklifdir, amma Şura üzvləri tərəfindən qəbul edildi"- deyə F.Bədəlbəyli qeyd edib.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manat ianə toplanıb.
İlkin Muradov
Musavat.com






