Xalq artisti Brilyant Dadaşova Flora Kərimova ilə Afət Fərmanqızı arasında yaşanan qalmaqala münasibət bildirib.
Musavat.com xəbər verir ki, ifaçı Kərimovaya dəstək olub və həmkarlarını susmamağa çağırıb:
“Bilirsiniz ki, həmişə dedi-qodudan uzaq olmağa çalışıram. Amma son zamanlar yaşananlardan sarısılıram. Fikirləşirəm ki, ziyalılarımız niyə susur? Gənclərimiz kimdən ibrət götürəcək? Kimə oxşamaq istəyəcəklər? Sözünü demiş incəsənət nümayəndələrimiz var. Nə üçün bizdə böyük-kiçiyə hörmət yoxdur? Sənətkara sayğı bitib? İş o yerə gəlib çıxıb ki, 50 ildən çox sənət fəaliyyəti olan, milyonlarla musiqisevərin sevimlisi olan Flora xanım təhqir olunur və biz susuruq. Mən bunu bizim mentalitetimizə yaraşdırmıram. Biz indi müstəqil, azad respublikayıq. Bu, o deməkdir ki, böyük-kiçiyə hörməti itirməliyik?! Buna son qoymaq lazımdır! Səhvimizi tapıb düzəltməliyik”.
Qeyd edək ki, F. Kərimova ARB TV-də yayımlanan verilişlərin birində Afətin ifasını tənqid etmişdi. Fərmanqızı isə onun “Qaynana” filmindən olan kadrını paylaşaraq “Bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam"-, deyərək etirazını bildirmişdi.
İkili arasında qalmaqla ötən gündən yenidən qızışıb.
Könül
Musavat.com






